Hadrut əməliyyatı Qarabağın azad edilməsini şərtləndirdi- ÖZƏL

"Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasından 5 il ötür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Hadrut əməliyyatı hərbi və strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Bu əməliyyatın uğurla başa çatması Qarabağın azad edilməsini şərtləndirdi. Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət aldı.
2021-ci ilin martın 16-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırdı. Bütün azad olunmuş ərazilərimiz kimi Hadrutda da bərpa-quruculuq işləri aparılır. Bu ilin sentyabrında Hadruta ilk köç yola salınıb. Hadrutun azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31