Vaşinqtonda üçtərəfli bəyannamənin imzalanması dünya üçün nümunədir - Rumıniyalı nazir
11:40 SiyasətBu ilin avqustunda Vaşinqtonda üçtərəfli bəyannamənin imzalanması dünya üçün nümunədir.
Olaylar.az xəbər verir ki, bunu Ruminiya Baş nazirinin sabiq müavini və ədliyyə naziri Ana Birçal "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
A. Birçal bildirib ki, hər bir itkinin arxasında ad, soyad, ailə, valideynlər var. Bu ailələr "itkilərimiz haradadır?" sualının cavabını gözləyirlər:
O, Bakıda keçirilən tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
"30 ildən artıq idi ki, bir çox azərbaycanlı əzəli torpaqlarından didərgin düşərək məcburi köçkün həyatı yaşayırdı. İtkin düşmüş şəxslərin ailələri isə öz beynəlxalq hüquqlarından məhrum edilmişdi. İtkinlərlə bağlı məlumatların ailə üzvlərinə çatdırılmaması beynəlxalq humanitar hüququn pozulmasıdır.
Hazırda biz Bakıda dayanıqlılıq şəhərindəyik. Bilirik ki, konfransda səslənən fikirlər tədbirdən sonra konkret əməllərə çevriləcək".