Qəzzadan Həmasin çıxarılması ABŞ və İsrailin planının tərkib hissəsi idi- ÖZƏL
11:39 Siyasət"Misirdə ABŞ vasitəçiliyi, Türkiyə və Qətərin zəmanəti ilə İsrail-Həmas arasında atəşkəs müqaviləsi imzalandı. Tərəflər girovları azad edəcək. Həmas Qəzzada idarəetməni növbəti mərhələdə təhvil verəcək. İsrail isə, Qəzzadan ordusunu çıxaracaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " Qəzzadan Həmasin çıxarılması ABŞ və İsrailin planın tərkib hissəsi idi. Bununla yanaşı fələstinlilərin köçürülməsi planda var idi. Türkiyə, Qətər, Misir və Səudiyyə Ərəbistanın ABŞ -la danışıqları nəticəsində Qəzzada əhalinin zorla çıxarılmaması razılaşmada yer aldı. B. Netanyahunun geri addım atması əsasən Qərb ölkələrinin Fələstin dövlətinin tanıması və İsrailə qarşı artan təzyiqlərin nəticəsi idi.
ABŞ prezidenti D. Tramp Həmas və İsrail arasında sülh yaratdığı üçün öz mövqeyini gücləndirəcək. Bir neçə gündən sonra D.Tramp Yaxın Şərqə "sülh missiyasını" reallaşdıran lider kimi səfər edəcək".