Vaşinqtonda imzalanmış üçtərəfli Bəyanat aidiyyəti dövlət komissiyaları arasında görüşlərin keçirilməsi bu sahədə yeni ümidlər yaradır - Əli Nağıyev

2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanmış üçtərəfli Bəyanat, eyni zamanda fevral ayında Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında keçirilmiş ilk görüş və sonrakı təmaslar, eləcə də müəyyən informasiya mübadilələrinin aparılması bu sahədə yeni ümidlər yaradır.

Olaylar.az xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bu fikirləri "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Komissiya sədri bildirib ki, inanırıq ki, Ermənistanın aidiyyəti Dövlət Komissiyası ilə məqsədyönlü təmaslarımız uğurla davam edəcək və hər iki tərəfə aid itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinə müsbət töhfə verəcək.

"Bununla yanaşı, 2025-ci il ərzində Dövlət Komissiyası beynəlxalq təcrübənin öyrənilməsi və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə də xüsusi diqqət yetirmişdir. Bu xüsusda 2025-ci ilin mart ayında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru xanım Katrin Bomberqerin rəhbərliyi ilə qurumun nümayəndə heyəti ölkəmizə səfəri nümunə göstərilə bilər. Təmaslar çərçivəsində Beynəlxalq Komissiya ilə çox faydalı müzakirələr aparılıb".

Əli Nağıyev qeyd edib ki, sözügedən müzakirələrin nəticəsi olaraq Beynəlxalq Komissiya tərəfindən hazırlanmış elektron məlumat bazasının təmənnasız qaydada Azərbaycana təqdim edilməsi, itkin düşmüş şəxslər probleminin həllində, xüsusilə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və eyniləşdirmə, o cümlədən aidiyyəti qurumların mütəxəssis heyətinə təlimlərin keçirilməsi, yeni texnologiyalar və metodologiyaların tətbiqi sahəsində ölkəmizə dəstək veriləcəyi və əməkdaşlığın davam etdiriləcəyi bildirilmiş və beləliklə, 2025-ci il üzrə "İş planı" təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31