Əliyev və Putin Düşənbədə görüşəcək – RƏSMİ

Rusiya prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbəyə rəsmi səfərə gedib. Səfər çərçivəsində Rusiya lideri üç gün ərzində bir sıra yüksək səviyyəli görüşlər və rəsmi tədbirlərdə iştirak edəcək.

Proqrama görə, Putin "Rusiya - Mərkəzi Asiya" sammitində, eləcə də MDB dövlət başçılarının Şurasının iclasında çıxış edəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına əsasən, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə də görüş planlaşdırılıb:

"Tacikistana səfər proqramına əlavə olaraq Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev arasında görüş keçiriləcək," - deyə Peskov bildirib.

Putini Düşənbə beynəlxalq hava limanında Tacikistan prezidenti Emomali Rahmon qarşılayıb. Rəsmi qarşılanma mərasimində iki ölkənin bayraqları qaldırılıb, fəxri qarovul düzülüb. Liderlər salamlaşmadan sonra fəxri qonaqlar pavilyonuna keçiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31