“Onlar milli dövlətləri məhv edib yerində transmilli şirkətlər yaratmaq istəyirlər” – SOS
19:00 Siyasət"Dünyada qloballaşma aşiqləri mövcuddur və onların əsas qayəsi dövlətlərin mahiyyətini aşağı endirmək, daha doğrusu milli dövlətlərin varlığına son qoymaqdır".
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildiirb. Ekspert qeyd edib ki, bu ideyanın daşıyıcıları milli dövlətləri transmili şirkətlərlə əvəzləməyə çalışırlar:
"Onlar deyirlər ki, artıq dövlətlər müasir dövrün tələblərnə cavab vermir. Milli ənənələr, milli-mənəvi dəyərlər öz mahiyyətini itirib. Bu ideyanın daşıyıcıları bildirirlər ki, texnologiya dönəmində artıq bu dəyərlərin heç bir önəmi qalmır. Onlar dünyada qarşıdurma və münaqişələrin maksimum şəkildə çox olmasına çalışır. Bu yolla - parçalama yolu ilə öz ideyalarını həyata keçirməyə cəhd edirlər. Onlar istəyirlər ki, dövlətlər öz mahiyyətini itirsin və onların yerində 12-15 transmilli iri şirkət yaradılsın. Həmin şirkətlər təbii qazıntılara, faydalı resurslara yiyəlik etsinlər. Bütün insanlar isə onların nəzarəti altında yaşasın.
Türk Dövlətləri Təşkilatı (TDT) bu cür qoruxnc, zərərli ideyalara qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir. Türk dövlətri, türk xalqları hər zaman öz milli-mənəvi dəyərlərinə bağlı olublar və bunun önəmini bu gün də çox yüksək qiymətləndirirlər. Buna görə də TDT-yə üzv dövlətlərin birliyi bütün digər məsələlərlə yanaşı, milli kimliyimizin qorunub saxlanılması baxımından da mühüm əhəmiyyətə malikdir".