Deputatlarımız NATO-nun sessiyasına qatılacaqlar
11:49 SiyasətMilli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Kamran Bayramov, Könül Nurullayeva, Samir Vəliyev oktyabrın 9-da Sloveniyanın Lyublyana şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputatlar burada NATO PA-nın 71-ci illik sessiyasında iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31