Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına səfəri oktyabrın 7-də başa çatıb.
Olaylar xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər yola salıblar.