Konstitusiyanın 30 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək
16:49 SiyasətKonstitusiyanın 30 illiyi (1995-2025) ilə əlaqədar yubiley medalı təsis ediləcək.
Olaylar.az xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 10-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
İclasda "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31