Viktor Orban: Bu gün burada Avropada olmayan dəyərləri gördüm
15:01 Siyasət"Bu gün burada Avropada olmayan dəyərləri - sülhü, sakitliyi və qanunsuz miqrasiyanın olmamasını gördüm".
Olaylar.az bildirir ki, Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
"Bu bölgənin böyük potensialı və parlaq gələcəyi var. Hazırda eyni zalda bölgənin güclü liderləri toplanıb və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılır", - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31