TDT qardaş xalqların təşkilatıdır – Berdiməhəmmədov
14:59 SiyasətTürk Dövlətləri Təşkilatı ortaq mədəniyyətə malik qardaş xalqların təşkilatıdır.
Olaylar.az xəbər verir ki, bu barədə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə danışıb.
O, əlavə edib ki, TDT daxilində əsas məqsəd bu qardaşlığı daha da gücləndirməkdir:
"Hazırda dünya qarışıq bir dövrdən keçir. Türk dövlətlərinin bu proseslərə uyğun hərəkət etmələri önəmlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31