Köçəryan: Ağlımı o qədər itirmişdim ki, Şuşada bunu edim?

"Şuşa Azərbaycan üçün çox həssas məsələdir".

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

"Mən (prezident olarkən) heç vaxt Azərbaycan rəhbərliyi və xalqını incidəcək açıqlama verməmişəm, Şuşada inauqurasiya keçirməmişəm. Bəlkə ağlımı o qədər itirmişdim? Etmədim, çünki başa düşürdüm ki, Şuşa onlar (Azərbaycan) üçün çox əhəmiyyətlidir. Başa düşürdüm ki, bu, həssas məsələdir və ona toxunmaq lazım deyil", - o iddia edib.

Köçəryan bildirib ki, onun etmədiklərinin hamısını Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra qısa müddətdə edib.

Xatırladaq ki, Robert Köçəryan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğal edilməsində aparıcı rol oynayıb. O, işğalla yanaşı, Azərbaycan ərazilərində törədilmiş soyqırımı, digər müharibə və insanlığa qarşı cinayətlər, eləcə də terror aktlarının iştirakçısı və müəlliflərindən biri olub. Bu səbəbdən ona qarşı Azərbaycanda cinayət işi açılıb. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31