Türkiyə Prezidenti: Türk dünyası bölgəmizin təhlükəsizliyində mühüm rol oynayacaq
14:56 SiyasətTürk dünyasının bölgənin sabitliyi və təhlükəsizliyinin təminatında rolu getdikcə artır və bu istiqamətdə birgə səylərin gücləndirilməsi vacibdir.
Olaylar.az bildirir ki, Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
"Türk dünyasının bölgəmizin sabitliyində və təhlükəsizliyində daha mühüm rol oynayacağına inanırıq. Bu gün təşkilatımızın qəti və prinsipial mövqe nümayiş etdirməsi böyük əhəmiyyət daşıyır. Türk dövlətləri arasında birgə müdafiə potensialının formalaşdırılması zəruridir",- o deyib.
Ərdoğan bu baxımdan iyul ayında müdafiə nazirlərinin keçirilən görüşünü yüksək qiymətləndirib və əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.