Prezident İlham Əliyev: Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir
13:39 SiyasətBu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bildirib.
"Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir", - deyə dövlətimizin başçısı əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31