Prezident İlham Əliyev TDT-ni qlobal arenada vacib aktora çevirən amilləri sadalayıb
13:37 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bu təşkilatı qlobal arenada vacib aktora çevirən amilləri sadalayıb.
Olaylar.az xəbər verir ki, dövlətimizin başçısı deyib: "Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31