Ümummilli Liderin arzusu olan suverenliyimiz tam bərpa olunub- ÖZƏL

"Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi". "Olaylar" xəbər verir ki, bunu YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev deyib: "Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə tariximizin qələbə və şərəf salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub.
Xalqımız 32 il öncə milli qurtuluş yolu olaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi xoşbəxtliyini yaşayır. Zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi. Dövlətimizin başçısının rəhbərliyi ilə əldə olunan tarixi uğurlar, böyük hərbi-siyasi qələbələr, nəticədə 30 illik işğala son qoyulması, regionda diqtə edən gücə çevrilməyimiz də məhz Heydər Əliyev yolunun, strategiyasının yeni, daha müasir mərhələyə yüksəldərək uğurla davamı və realizəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31