Hikmət Hacıyev: Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədir
12:20 SiyasətAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə toplantısı barədə paylaşım edib.
Olaylar.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.
Prezidentin köməkçisi bildirib ki, builki Zirvə toplantısı "Sülh və Təhlükəsizlik" mövzusuna həsr olunub:
"Bu gün təhlükəsizlik bütün ölkələr üçün əsas narahatlıq və başlıca prioritet olaraq qalır. Türk dünyası bizim ortaq ailəmizdir və qlobal güc mərkəzinə çevrilməkdədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31