Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır- ÖZƏL
12:07 Siyasət"Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas bünövrəsini təşkil edir. Onun qurduğu sabitlik modeli, müəyyənləşdirdiyi ideoloji və iqtisadi kurs bu gün də ölkəmizin inkişafının möhkəm dayağı olaraq qalır. Tarix sübut etdi ki, Ümummilli Liderin uzaqgörən siyasəti və atdığı addımlar dövlətin gələcək qüdrətini təmin edən möhkəm təməl idi". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə müasir Azərbaycan regional güc mərkəzinə çevrilmiş, iqtisadiyyat dinamik inkişaf etmiş, şanlı ordumuz daha da qüdrətlənmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə də məhz Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində reallaşdı. Artıq suverenliyini tam bərpa edən Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən nüfuzlu dövlət kimi tanınır".