Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır- ÖZƏL
10:15 Siyasət"Suverenlik hüquqi məfhum və siyasi termin kimi həm dəqiq, həm də geniş anlayışdır. Buraya ərazi bütövlüyünü tanımaq və ölkənin daxili işlərinə qarışmamaq prinsipləri də daxildir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin rəhbəri Nurlan Qələndərli deyib: "Vaşinqton dialoqunun nəticələri göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və daxili işimiz hesab olunan məsələlərə müdaxilə etməmək (müzakirəyə çıxarmamaq, iddia irəli sürməmək və s.) öhdəliyini götürür. Yəni iki ölkə arasında aparılan danışıqların mövzusu Qarabağ məsələsi deyil, münasibətlərin normallaşdırılmasıdır.
Bu, Prezident İlham Əliyevin "Qarabağ Azərbaycanın daxili məsələsidir" tezisinin siyasi-hüquqi təsdiqi və Azərbaycan diplomatiyasının tarixi qələbəsidir".