Papuaşvili: “Zurabişvili planlı çevrilişin hissəsi idi” – ÖZƏL
09:21 SiyasətPapuaşvili: "Zurabişvili planlı çevrilişin hissəsi idi".
Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, xarici rəsmilərin aylardır Salome Zurabişvilini "legitim prezident" kimi təqdim etməsi onun üsyançılar tərəfindən prezident sarayına gətirilməsi və bu yolla "inqilabın başlanması" planının bir hissəsi olub.
Papuaşvilinin sözlərinə görə, Gürcüstanın sabiq prezidenti Zurabişvili prezident sarayına hücumu cinayət olduğu üçün deyil, hücum edənlərin guya Mixeil Kavelaşvilinin "prezidentliyini tanıdıqları" üçün tənqid edib.
O qeyd edib ki, 4 oktyabrda prezident sarayına zorla daxil olan radikalların hərəkətləri siyasi radikalizmin terrora gətirib çıxardığını sübut etdi:
"Polis hücumu dəf etdikdən və çevriliş cəhdinin uğursuz olduğu aydınlaşdıqdan sonra, bu hadisəni hazırlayan və təşviq edən radikal liderlər dərhal terror aktından uzaqlaşdılar."