Kiprli nazirlər elektrik avtomobillərindən imtina ediblər - ÖZƏL

Kipr hökumətinin nazirləri bir neçə ay əvvəl ekoloji təsiri azaltmaq məqsədilə aldıqları elektrik avtomobillərindən istifadəni dayandırıblar. Olaylar.az xəbər verir ki, Ekathimerini nəşrinin məlumatına görə, iyun ayında Hyundai Ioniq 6 markalı 24 elektrik avtomobili hökumətə təhvil verilib. Layihə dövlət nəqliyyat parkının yenilənməsi və ətraf mühitə mənfi təsirin azaldılması məqsədini daşıyırdı. Ümumilikdə Kipr hökuməti hər biri 1,22 milyon avroya başa gələn 24 avtomobil alıb və dövlət binalarının yaxınlığında eyni sayda şarj stansiyası quraşdırıb.

Lakin bir neçə nazir avtomobillərdən istifadəni dayandıraraq onların "məhdud yürüş məsafəsi, zəif şarj infrastrukturu və texniki problemləri" ilə bağlı narazılıqlarını bildirib. Bəzi məmurlar qeyd ediblər ki, bu avtomobillər "şəhərdən kənara səfərlər və gün ərzində çoxsaylı görüşlər üçün uyğun deyil".

Hazırda istifadəsiz qalan elektrik avtomobillərinin gələcək taleyinin necə olacağı hələlik məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31