UNESCO-ya yeni rəhbər seçildi
21:09 SiyasətMisirli Xalid əl-Anani 57 səsdən 55-ni toplayaraq UNESCO-nun baş direktoru seçilib.
Olaylar xəbər verir ki, o, bu vəzifəni dörd il müddətinə - 2025-ci ildən 2029-cu ilə qədər icra edəcək.
Onun rəqibi, Konqo Respublikasının nümayəndəsi və UNESCO-nun təcrübəli əməkdaşı Firmen Matoko iki səs toplayıb.
Xalid əl-Ananinin namizədliyi Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası, eləcə də Fransa, İspaniya, Türkiyə, Qabon, Almaniya və Braziliya da daxil olmaqla bir sıra ölkələr tərəfindən dəstəklənib.
Xalid əl-Anani - misirşünas və siyasi xadimdir. O, 29 dekabr 2019-cu ildən 13 avqust 2022-ci ilədək Misirin turizm və qədim abidələr naziri vəzifəsində çalışıb.
UNESCO-nun qaydalarına əsasən, baş direktor ilkin olaraq dörd illik müddətə təyin olunur və bu müddət bir dəfə yenilənə bilər. İcraiyyə Şurası bütün namizədləri nəzərdən keçirir və yekun təsdiq üçün öz tövsiyəsini Baş Konfransına təqdim edir.