Azərbaycan-İtaliya əlaqələri yüksələn xətt üzrə inkişaf edir- ÖZƏL
14:01 Siyasət"Avropa ölkələri arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, ölkəmizin daxili işlərinə qarışmayan, qarayaxma kampaniyası aparmayan azsaylı ölkələrdən biri də İtaliyadır. Biz bunu hər zaman İtaliyanın mövqeyində görmüşük, Azərbaycan da bu mövqeyi çox yüksək qiymətləndirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Hesab edirəm ki, İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri əlaqələrimizin daha da inkişafına ciddi töhfələr verəcək. Dövlətlərimiz arasında əlaqələr növbəti illərdə daha da inkişaf edəcək və Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olacaq. Biz bu səfərdə bir çox vacib sənədlərin imzalanmasının da şahidi olduq. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, biz İtaliyaya təkcə qaz deyil, digər milli məhsullarımızı da ixrac edirik. Eyni zamanda, İtaliya da özünün bir çox məhsullarını Azərbaycana ixrac edir. Hesab edirəm ki, bu səfər əlaqələrimizin möhkəmlənməsinə növbəti bir töhfə olacaq və öz müsbət təsirini göstərəcək. Biz İtaliya kimi dövlətlərlə münasibətlərimizi hər zaman qorumalıyıq, daha da inkişaf etdirməliyik. Azərbaycan İtaliya əlaqələri davamlı olaraq inkişaf etməlidir və bunu bu gün cənab Prezident edir. Beləliklə, Sercio Mattarellanın bu səfəri Azərbaycan-İtaliya münasibətlərinin çoxşaxəli, intensiv və yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləyən önəmli hadisə oldu".