Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı V.Orbanın Ofisi yayıb.
Macarıstan lideri oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.
Bununla yanaşı, Baş nazir ikitərəfli görüşlər də keçirəcək.