İlham Əliyev Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev 3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı sosial media hesablarında paylaşım edib.

Paylaşımda deyilir:

"3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə verrmişdir. Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan da sonra davam etdirəcək. Qardaşlığımız əbədidir!" 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31