AŞPA-da Ermənistanın təxribatçı çıxışı: Hədəf Azərbaycan və Macarıstan – ÖZƏL

AŞPA-nın plenar iclasında ("Macarıstanın öhdəlikləri" hesabatı) Ermənistanın müxalif Respublikaçılar Partiyasından olan nümayəndəsi Hayk Mamicanyan Macarıstan və Azərbaycana qarşı sərt, əsassız iddialar irəli sürüb.
Mamicanyan Macarıstanı "erməni xalqından üzr istəməyə borclu" adlandırıb. O, iddia edib ki, 2012-ci ildə Ramil Səfərov Azərbaycana ekstradisiya edilərkən, Azərbaycan guya Macarıstanın xüsusi xidmət orqanının bank hesabına 9 milyon dollardan çox pul köçürüb.
Erməni deputatın digər "absurd iddiası" isə Budapeştin "Dağlıq Qarabağda" kəndlərin bərpası üçün "Azərbaycanın hücumundan" bir neçə ay əvvəl Bakı ilə sazişlər imzalaması olub.

AŞPA-da bu cür kəskin və spekulyativ iddiaların səsləndirilməsinin əsas siyasi hədəfi nədir?

"Edilən çıxış onu göstərir ki, Ermənistanın bəzi siyasi dairələri, xüsusən müxalifət, Azərbaycanın Avropa daxilində qazandığı diplomatik dəstəyi zəiflətmək niyyətindədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçinin sözlərinə görə, bu rəsmi Bakının etibarını zəiflətmək üçün edilmiş provakasiyadan başqa bir şey deyil. Avropa siyasi sammitində prezident İlham Əliyevin ittifaqın rəhbərliyi ilə keçirdiyi görüşlər rəsmi Bakı ilə Brüsselin münasibətlərinin normallaşması istismarında mühüm addım hesab edilə bilər. Görünür ki, Ermənistanda bəzi qüvvələr bundan narahatdır. Bu həm də Azərbaycan və Macarıstandan arasında münasibətlərə xələl getirmək üçün irəli sürülən növbəti yalandır. Məlum olduğu kimi, Macarıstan, Avropa İttifaqı daxilində Azərbaycana açıq şəkildə dəstək verən azsaylı ölkələrdən biridir. Bu dostluq münasibətlərini hədəfə almaq, Ermənistanın bəzi dairələri üçün əsas məqsədə çevrilib. 

Siyasi şərhçi bildirib ki, Hayk Mamicanyan müxalif Respublikaçılar Partiyasının nümayəndəsidir. Hansı ki, bu partiyaya "Xocalı canisi ", keçmiş prezident Serj Sarkisyan rəhbərlik edir. Bu partiya, hazırkı hökumətin sülh gündəminə və Qərblə yaxınlaşma siyasətinə tez-tez qarşı çıxır. Mamicanyan ağalarının əmrinə əsasən bu əmrləri yerinə yetirir. Azərbaycanın qazandığı möhtəşəm qələbə görünür ki, Ermənistanda olan revanşist qüvvələrdə hələ də qıcıq oyadır. 

"Düşünürəm ki, Ermənistan hökuməti bu məsələ barədə səssiz qalmamalıdır. Lazımi açıqlama verilməli və Mamicanyanın çıxışının Ermənistan dövlətinin rəsmi mövqeyini əks etdirmədiyi bəyan edilməlidir. Sülhə gedən yolda bu cür açıqlamalar olduqca təhlükəlidir", - deyə siyasi şərhçi əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31