Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək
16:55 SiyasətOktyabrın 13-14-də Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.
Olaylar.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən həmin ölkənin Baş nazirinin müavini Aleksey Overçuk, İran tərəfini isə yol və şəhərsalma naziri Fərzanə Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər.
Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31