Fransa Azərbaycan arasında yeni siyasi mərhələ başlanır?- ÖZƏL

"Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti E. Makaronla nümayəndə heyətlərinin iştirakı ilə görüş görüş keçirdi. İkinci Qarabağ müharibəsindən sonra, Fransa prezidenti ilə belə bir görüş baş tutmamışdı. İki ölkə ilə münasibətlər qırılma nöqtəsinə gəlmişdi". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş və 8 avqustda sülh mətnin paraflanması Fransanın regional siyasətinə zərbə vurdu. Çünki, Fransa sülhə qarşı idi və Ermənistanı silahlandırirdı. N. Paşinyan  Fransanın siyasətinin Ermənistan üçün mənfi nəticələrin olacağından ehtiyat etdiyi üçün eskalasiyanı deyil, Azərbaycanın sülh gündəmini qəbul etdi. 
Fransa yenidən Azərbaycanla əməkdaşlıq gündəminə qayıdır. Bu, Azərbaycanın siyasi qələbəsidir. Fransa prezidenti E. Makron prezident İlham Əliyevin sülh gündəliyini və regionda siyasi reallıqları qəbul etdi. Məhz bu görüş Azərbaycanın diplomatik qələbəsidir. Bundan sonra, Azərbaycan-Fransa əlaqələrinin yeni mərhələyə keçməsi mümkün görünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31