İlham Əliyev “Qarabağ”la bağlı paylaşım edib

 

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun "Kopenhagen" futbol klubu üzərində qələbə qazanması münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir."

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31