Azərbaycan həqiqətləri
26 Sentyabr 2025 10:30 SiyasətTarixboyu düşmənlər tərəfindən basqılara, təzyiqlərə, təqiblərə məruz qalan Azərbaycan türkləri, bu gün də bəziləri qondarma "İran türkləri" bəhanəsi ilə, Azərbaycan və Azərbaycan millətinə inad gözü ilə baxırlar. İranın siyasi coğrafiyasını qorumaq üzərində dəridən- dırnaqdan çıxmalarının canlı şahidi oluruq.
Milli varlığımızı inkar etmək üçün öncəliklə azərbaycanlıların milli mənəvi dəyərləri aşağılanır, xalqımızın sevdiyi tarixi şəxsiyyətləri, qəhrəmanları, ziyaliləri və sairə haqqında istədikləri kimi alçadici yazılar, yalan və iftiralar yazıb yayırlar.
Son zamanlar taxma adı ilə xususi canfişanlıq edən bir unsur özü kimlərini də ətrafına yiğaraq təhqir və böhtan üzərində qurulmuş bir şəbəkə yaratmışlar ...
özəlliklə son dövrdə Güney Azərbaycanda çox geniş vusətlənmiş möhtəşəm milli hərəkatın tükənməz gücü ortaya çıxıb və onun dalqaları hər yerə yayıldıqca bu ünsürlərin mənfi təbliqatları da artır!
Görəsən "əlim kəsirilsə də Azərbaycanın İrandan ayrılmasına izin vermərəm" deyən İran şahı Məmməd Riza Pəhləvi ilə bu soydaşların istəkləri üst- üstə düşməyirmi?
Görəsən, Azərbaycan övladlarının qəddar düşməni kimi tanınan pan iranistlər və istalinistlər ilə bu ağaların fikir fərqiləri varmı?
Görəsən, Azərbaycan milli hökuməti (1946-ci il) qan dənizində boğulandan sonra azərbaycanlıları asimilə etmək üçün pəhləvi rejimi tərəfindən yaranan beş məruf framasoner lojları, yəni: (loj Kuruş 1960-ci il), (loj Esfəhan 1968-ci il), (loj Xəyyam 1962-ci il), (loj Arya 1960-ci il), (loj Səfa 1963-ci il) xəbəriniz varmı?
Gürəsən, Azərbaycan cumhuriyyəti rəsmilərinin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" mesajini duymayıblarmı? Yoxsa azərbaycanlılar hər yoldan keçənə bağırıb etnik baxımından türk olmaqlarını subut etmək məcburiyyətindədirlər?
Ey ağalar! Cin "bismellahdan" qorxan kimi, Azərbaycan adından qorxmayın! Bu gün, BMT- də Azərbaycan cumhuriyyəti bayrağının dalğalanması hər bir Azərbaycanlıya qurur verir!
Türk bəhanəsi ilə Azərbaycan türklərinin içində ayrılıq salan bu ağalar bilməlidirlərki, Güney Azərbaycan türk dünyasının polad qapısı sayılır!
Yaşadıqları coğrafiyadan asılı olmayaraq bütün türklər ilə soydaş olmağımıza heç bir şübhə yoxdur. Amma bu o demək deyil ki, ana yurdumuz Azərbaycanda yaşayan milyonlar vətəndaşların milli yararlarını sərhədlərimizin xaricində görək...
Təxminən min il türk sülalələri İran da hökm sürməklərinə baxmayaraq, ancaq xalqımızın vətənpərvər oğullarından sayılan, Şah İsmayil Xətayi 1501-ci il və Mir Cəfər Pişəvəri 1945- ci illərdə Azərbaycan xalqının mənəvi həyatının ocağı olan Təbrizdə ana dilimizi rəsmi dil kimi elan etmişlər.
... Bütöv Azərbaycanın şanlı tarixinin dərinliklərinə getmək istəmirəm. Son əsrlər ərzində Güney Azərbaycanda gedən azadlıq hərəkatlarının rəhbərləri haqqında qısaca bir para həqiqətləri işiqlandırmaq və qəzavəti dəyərli oxuculara buraxmaq amacı ilə bu sətirləri qələmə almağı uyğun gördüm.
Şah İsmayil
Baxın... Babalarımızın böyük hökumət qurub, uzun illər müstəqil siyası həyat sürdükləri hələ unudulmayıb. Səfəvi sultanlarının Azərbaycan igidlərindən təşkil edilmiş Qizilbaş ordusunun sarsılmaz gücü hələdə tarixçilərin dilinin əzbəridir.
Abbas Əli Bakixanov belə qeyd edyir: "Şah İsmayil nobə ilə Diyarbəkri, hər iki Eraqı, Farsistanı, Xorasanı və Türküstanın bir hissəsini ələ keçirdikdən sonra Təbrizə qayıtdı". 1
Karl Maks "Xoruluji yazılarında" Şah İsmayılın sərkərdəlik məharətinə belə qiymət verir:"o, öz hökmüranlığın 14 ili ərzində 14 ölkəni əlinə keçirtdi" 2
Fransız tarixçisi Homer, Şah İsmayılın sərkərdəlik fəaliyyəti haqqındə belə deyir: "O artıq 14 ildir ki, çarpışır, həmişə qalıb gəlirdi. Şah İsmayıl bu müddətdə 14 dövləti məğlub etmişdir." 3
Məşrutə Hərəkatı (Səttarxan)4
"Cənubi Azərbaycanda millətçilik Şimalda olduğu kimi 20-ci əsrin əvvəllərində qəfildən başlanan və proqramsız hərəkat idi. Bu hərəkat zaman-zaman müxtəlif tarixi dövrlərdə özünü göstərmiş və Azərbaycanın daimi, eyni halda əzilmiş simasına çevrilmişdir. Millətçilik hər-halda türkçülüklə uyğun gəlirdi.
20-ci əsrin əvvəlləri millətçilik Azərbaycanda məşrutə inqilabi ilə birgə doğuldu. Millətçilik bu taleyin təyin edici zamanında sərhədləri ötüb, keçdi. Yəni yalnız Cənubi Azərbaycanın milli-mədəni istəklərini bəyan etməyib, istəklər və arzularını Arazın o biri qoluna da çatdırdı. Cənubi Azərbaycan milləti şiddətlə milli birlik istəklərini Şimala sübutə yetirdi.
Bir neçə ziyalı o, vaxtlar bu istəklərdən söz açmışlar o, cümlədən Azərbaycan alimi (Məhəmməd Cəfər) məşrutə inqilabında iştiraki olduğundan belə nəticə alır ki, Cənubi Azərbaycan fəaallarının məqsədi Azərbaycanı İran iqtidarından xilas edib Şimala vahid Azərbaycan yaratmaq və nəhayətdə Türkəmançay sərhədlərini pozmaq idi.
1908-ci ildə millətçilik Cənubi Azərbaycanda bir bölgə simasında təzahür etdi.
Azərbaycan üsyançıları Türkiyə İnqilabının müvəffəqiyyətindən güc alaraq həmin ilin yayında Cənubi Azərbaycanı İrandan ayırmaq, müstəqil respublika yaratmaq niyyətində idilər. Onlar müstəqillik mərami ilə bir açıqlama yaydılar. İstanbulda yeni iş üstə gəlmiş rejim, İranın şimalında türk dövlətinin yaranmasına himayədarlığın biruzə verdi. Lakin Rusiya rəhbərləri Səttarxan ilə Gənc Türklərin əlaqədə olmasından xəbər tutub, müstəqil Azərbaycan respublikasının Cənubda yaranmasından təşvişə düşdülər.
Azadistan Hərəkatı (Şeyx Məmməd Xiyabanı)
İran hakimiyyəti qarşısında üsyan qaldıran, Azərbaycan xalqının ədalətsevər oğlu Şeyx Məmməd Xiyabanı və onun məsləkdaşları təxminən bir il Azərbaycanı, Azadıstan naminə xalqımızı azad yaşatdı. Bu az müddətdə ağır şərayitə baxmayaraq misilsiz islahatı həyata keçirməyi başardı.
Qlobal imperializm və daxili reaksiya fitnələri: "Məşhur İngilis casusu Tomas Edvard Lourensin təklifi ilə 1907-ci ildə İranin cənubundakı yolları qorumaq bəhanəsi ilə Genral Sir Percy Cox komandanlığı altında Cənub polisi (S.P.R) təşkil edildi.
Bu Genralın İngiltərə Xarici İşlər Naziri Lord Curzon-a verdiyi hesabatda Azərbaycandakı vəziyyətin Britaniya üçün çox xoşagəlməz olduğu bildirilir. Azadistan hərəkatı bu şəkildə davam edərsə, İranın digər bölgələrinə də yayılacaq və təhlükə daha da ciddi olacaq. Nəticədə Vosough al-Dawlah yıxılacaq və 1919-cu il uzlaşması qüvvəyə minməyəcəkdir. Lord Curzon, Genral Percy Cox rəhbərliyi ilə İngilis zabitləri tərəfindən hazırlanan müxtəlif jandarma qüvvələri tərəfindən Təbriz qiyamını yatırtmaq üçün dərhal 3000 silahlı kişinin yerləşdirilməsini əmr etdi" 5
Təəssüflə İran mərkəzi hökuməti ilə gizli ilişgisi olan Təbrizin valisi, Hidayət Müxbirelsəltənəin hiləkarlığı nəticəsində Şeyx Məmməd Xiyabanı 1920- ci ilin sentiyabr ayı dəhşətli şəkildə qətlə yetirilir və şəhidin cənazəsi Təbriz küçələrində Ata bağlanıb sürünür! Şeyx Məmməd Xiyabanı ölümə tuş olmadan öncə həyat yoldaşı və övladları ilə vidalaşarkən, yalnız 28 tümən nəqd pulu və bir ədəd qızıl lirəsı varımış, amma əksində Müxbirelsəltənə milyunlar tümən pul sahibi imiş...
Bunuda qeyd etməliyik ki, Qozey Azərbaycan milli hökuməti, Rus bolşevikləri tərəfindən qanda boğulub və soydaşlarımız Arazın butayına sığınarkən, Şeyx Məmməd Xiyabanı ruslara belə bir ultimatum vermişdir: "əgər Güney Azərbaycana keçib və bizim soydaşlarımızı təqib etsəniz, bu torpaq əsgərlərinizə məzar olacaq..."
Azərbaycan Milli hökuməti (Mir Cəfər Pişəvəri)6
Azərbaycanın viqarlı oğlu Mir Cəfər Pişəvəri və onun məsləkdaşları Azərbaycan milli hökuməti dövru ağır şərayitdə vətənimiz Azərbaycana gördükləri işlərin ən önəmlilərindən biri: Azərbaycan türkcəsində məktəblərin açılması idi.
Azərbaycan Milli höküməti böyük güclərin oyunlarının qurbanına çevrildi və millətin haqsevərliyi o oyunlara fəda oldu. Bu hərəkatın məğlubiyyətə uğraması, başqa sözlə Qərb ilə Şərq arasında ikinci dünya müharibəsindən zəfər qazandıqları üçün keçirilən qısa bal ayının sona çatdığını andırırdı! Hazırkı nəsilin taleyində soyuq müharibə illərinə şahid olmaq varidi. Lakin Azərbaycan yüzlər müharibələr şahidi kimi uğurlara, məğlubiyyətlərə baxaraq hələ dim-dik ayaq üstədir.
Son
Bu günə qədər Güney Azərbaycanda azadlıq hərəkatları qanda boğuldu və taleyin ölüm orağı bu diyarın oğullarını biçdi, vətən torpaqları al-əlvan oldu. Lakin tarixin çərxini heç bir qudrət dayandıra bilmədi. Dünənki tarlalar ağır, qara qışdan sonra güllü, çiçəkli bir yaz becərəcəkdir. Bərəkətli məhsul yetirəcəkdir.
Azərbaycanlılar, İran hakimiyyətlərinin hansı olur-olsun onların qanlı caynağı altında əsarətdədir və qollardan zənciri qırıb, haqsızlıqlara son qoymağın vaxtı gəlib çatıbdır! İran zehniyyətində olan soydaşlarımız bu həqiqəti mütləq bilməlidirlər!
Hələlik bu qədər...
Mir Musa Haşimi
23-06-2020, İsveç
[email protected]
Qaynaq:
1- Bakixanof. Gülüstan erəm, Bakı, 1926. Səhifə 77
2- Marks və İngilisin arxivi. 8-ci cild, səhifə 206, 1940-ci il
3- Humer. Osmanlı dövlətinin tarixi, səhifə 195, 1836 (Fransızca)
4- Bir Əsgərin Xatirələri, İstanbul doğu kütüphanesi, 2019 müəllif , M Haşimi, Səhifə 451-452
5- Azadistan Hərəkatı (Şeyx Məmməd Xiyabanı). Səhifə 249, il 2000 müəllif, Ə Nahidiazər.
6- Yuxarıdakı 4-cü sətirdə eyni mənbədir