Oval Ofisdə tarixi anlar – Trampın yaxasındakı rozet diqqət çəkdi
25 Sentyabr 22:50 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Evdə baş tutacaq tarixi görüşü öncəsi maraqlı bir detal diqqət çəkib. Trampın yaxasına taxdığı qırıcı təyyarə rozeti jurnalistlərin gözündən yayınmayıb.
İki liderin 6 ildən sonra ilk dəfə görüşəcəyi bu zirvədə ən mühüm mövzulardan biri Türkiyəyə F-35 qırıcılarının verilməsi olacaq. Trampın yaxasındakı rozet də bu mövzunun önəminə simvolik işarə kimi dəyərləndirilib.
Oval Ofisdə jurnalistlərin suallarını cavablandıran Trampa "Türkiyəyə F-35 verəcək misiniz?" sualı ünvanlanıb. Tramp isə qısa cavab verib:
"Türkiyəyə qırıcı təyyarələrdən danışırıq, bəli. Bu mövzunu müzakirə edirik."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31