Prezident: Azərbaycanın qarşısında duran ən böyük humanitar problemlərdən biri də minaların yaratdığı təhlükədir
21:32 SiyasətPostmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən böyük humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir.
AZƏRTAC bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.
2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxsin və hərbçinin mina partlayışları nəticəsində həlak olduğunu və ya yaralandığını xatırladan dövlətimizin başçısı deyib ki, bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31