Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb (FOTO)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Nazirlər dinamik siyasi dialoqu, artan iqtisadi əməkdaşlığı və ikitərəfli və çoxtərəfli tərəfdaşlığın daha da möhkəmləndirilməsində yüksək səviyyəli təmasların rolunu vurğulayaraq, güclü Azərbaycan-Qazaxıstan strateji müttəfiqliyini alqışlayıblar.

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb (FOTO)

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb (FOTO)
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb (FOTO)
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb (FOTO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31