Azərbaycan regionda yeni siyasi reallıq yaradıb- ÖZƏL
14:58 Siyasət"Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkəmizin qarşısında duran ən böyük vəzifələrdən biri ərazi bütövlüyünün bərpası idi. Uzun illər işğal altında qalan torpaqlarımız xalqımızın qəlbində böyük nisgil yaratmışdı. Lakin Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmadı, haqq səsini beynəlxalq müstəvidə ucaltdı, güclü ordu quruculuğu həyata keçirdi və bütün imkanlarını səfərbər etdi. Nəhayət, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız azad olundu, üçrəngli bayrağımız doğma şəhər və kəndlərimizdə dalğalanmağa başladı. Vətən müharibəsi təkcə hərbi qələbə deyildi, həm də ədalətin bərpası idi". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının fəalı Kəmalə Rüstəmova deyib: "Azərbaycan dövləti bütün dünyaya göstərdi ki, işğalçılıq siyasəti uzun müddət davam edə bilməz. Qüdrətli ordumuz, xalqımızın birliyi və cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində tarixi ədalət zəfər çaldı. Bu qələbə Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirdi, yeni siyasi reallıq yaratdı və sülhə aparan yolda əsaslı zəmin qurdu.
Müharibədən sonra da ölkəmiz qarşısına yeni vəzifələr qoydu. Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhərlərimiz yenidən inşa olunur, kəndlərimiz bərpa edilir, yollar, tunellər, elektrik xətləri çəkilir. Bölgəyə həyat qayıdır, insanlar doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə Böyük Qayıdış proqramını gözləyirlər. Bu proses təkcə infrastruktur layihələri ilə məhdudlaşmır, həm də sosial, mədəni və iqtisadi inkişafın təməlini qoyur. Azərbaycanın əldə etdiyi bu tarixi qələbə təkcə hərbi gücün deyil, həm də milli iradənin, dövlət-xalq birliyinin nəticəsi idi. İndi ölkəmiz qalib dövlət kimi regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürür, yeni geosiyasi reallığın formalaşmasında aparıcı rol oynayır".