Trampın cənab İlham Əliyev haqqında dediyi sözlər qürurvericidir- ÖZƏL

"Azərbaycanın diplomatik başarıları Amerika Birləşmiş Ştatlarında BMT çərçivəsində davam edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Sentyabrın 23-də Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda D.Trampın cənab Prezidentimiz İlham Əliyev haqqında dediyi aşağıdakı sözlər qürurvericidir:  "Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız".

Qeyd edək ki, sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Rəsmi qəbulda Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyev arasında maraqlı dialoq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31