Özlərini ağıllı göstərib, içi boş olanlara bu günkü reallıqda yer yoxdur- ÖZƏL

"Azərbaycanın klassik dəyərlərinə xəyanət edən, cəmiyyətin mənəvi-əxlaqi prinsiplərinə zərbə vuran, yalnız şəxsi maraqlarını güdən, qeyri-ciddi davranışları ilə nümunə olmaq istəyən, amma ola bilməyənlər   əxlaqi dəyərləri ucuzlaşdırır, insanları yanlış yola çəkirlər. Cəmiyyətdə inamsızlıq yaradanlar ekranlardan, sosial şəbəkələrdən sui-istifadə edərək özlərini lider, ziyalı, söz sahibi kimi aparan, əslində isə ikiüzlü, riyakar olanlardır" Bu  fikirləri siyasi şərhçi Ramil Hüseynov deyib:". Efir arxasında məzlum, lazım olanda qəhrəman, lazım olanda isə dırnaqarası dəyər sahibi kimi özlərini təqdim edən yaramazlara, zahirən özlərini ağıllı göstərib, içi boş olanlara bu günkü reallıqda yer yoxdur.
  Bütün müvafiq dövlət orqanlarına müraciət edirəm və xahiş edirəm. Bu çirkin əməl ustalarını bu cəmiyyətdən təcrid edin. Bu yaramazlar bizim mənəvi dəyərlərimizə zərbə vurur, yaratdığınız imkanlardan yararlanaraq gələcək inkişafımıza xəyanət edirlər. Qısa mənfəətləri üçün dövləti və həmişə yaşaması lazım olan dəyərlərimizi qurban verirlər. Gənclərə pis örnək olurlar. 
  Dövlətimizin hörmətli müvafiq qurumları!  Mənəviyyatdan və məsuliyyətdən uzaq olan, səhv edən kimi "qələt eləmişəm" deyib,  mahiyyətcə bu yolun yolçusu olanların ictimai şüura təsir imkanlarını məhdudlaşdırın. Sifarişli və mənfi əxlaqından irəli gələn narazılıq yaradıb millətin zəif qrupunu ələ almağı bacaranların cəzasını vermək məhz sizin vəzifə borcunuzdur. Ədalət, şəffaflıq, dürüstlük kimi, keçmişdən gələn prinsiplərimizi məqsədli şəkildə mənasızlaşdırmaq niyyətində olanların bu cəmiyyətdə yeri olmamalıdır. Şəxsi ünsiyyətdə şöhrətpərəstliyini gizlədə bilməyən, kökü həm mənəvi, həm də fiziki baxımdan pozğun olanları yığışdırın, imkan verməyin ki, bu pis nümunələr milləti zəhərləsin. Bu pis örnək nümayəndələri  bizə ciddi təhlükə və misli olmayan düşmənçiliklərdir. Dəfələrlə təkrarlanan normalizasiya, yanlış davranış sahiblərini kimlər və nə üçün dəstəkləyir? Qlamurlaşma, yanlış dəyərlərlə populyarlaşma mənəvi qüsurluları cəmiyyətin gözünə soxanların əsl məqsəd və niyyət nədir? Dəyərlərimizi qoruyanlara informasiya hücumu edənlərə imkan verməyin. Bu demokratiya deyil, bu demokratik prinsiplərə ziddir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31