Ceyhun Bayramov və Ararat Mirzoyan şam yeməyində iştirak etdilər
10:23 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubionun dəvəti ilə keçirilən Transatlantik şam yeməyində iştirak ediblər.
Olaylar.az xəbər verir ki, tədbirdə həmçinin NATO-nun baş katibi Mark Rutte, Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas, eləcə də İsveçrə və Ukrayna xarici işlər nazirləri iştirak edib.
Şam yeməyi zamanı ABŞ dövlət Katibi Trampın nailiyyətlərini qeyd edərək vurğulayıb ki, "Azərbaycan və Ermənistan möhkəm sülh yoluna qədəm qoyublar".
Bu, regionda uzunmüddətli sülh və əməkdaşlıq istiqamətində əhəmiyyətli bir mesaj kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31