Qlobal maraq Azərbaycana yönəlir: Prezidentin BMT səfəri perspektivləri açır - ÖZƏL

Azərbaycan Prezidentinin BMT-dəki səfəri çərçivəsində keçirdiyi görüşlər ölkəyə olan qlobal marağın göstəricisidir. Dövlət başçısı dünyanın ən böyük maliyyə qurumlarından olan "Brookfield Asset Management", "Neuberger Berman" və "Blackstone" şirkətlərinin rəhbərləri ilə görüşüb. Bu görüşlər qarşı tərəfin təşəbbüsü ilə baş tutub ki, bu da beynəlxalq investisiya dairələrinin Azərbaycana artan marağını əks etdirir.

"Qarabağ müharibəsindən sonra Azərbaycanın dövlət olaraq xarici siyasətdə qarşısında yeni imkanlar açıldı, yəni Azərbaycanın dövlət kimi üfüqlərinin genişlənməsi və beynəlxalq arenaya yeni və fərqli layihələrlə, fərqli tərəfdaşlıqlarla çıxması və bu şəkildə təmsil olunması Azərbaycanın artıq qlobal miqyasda imkanlarının da genişlənməsinə şərait yaratdı". 
Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib: 
"Xüsusilə Rusiyanın Ukrayna müharibəsi fonunda qərblə, ümumiyyətlə Avropa ilə münasibətlərinin korlanması, daha sonra Avropanın Rusiya təhlükəsinə qarşı Moskvadan olan enerji asılılığını neytrallaşdırmaq üçün alternativlər axtarışı və burada Azərbaycanın modelinin, Azərbaycan versiyasının bir alternativ və ən faydalı alternativ kimi Avropanın qarşısına çıxması, Bir kəmər bir yol layihəsi, Çindən Avropaya uzanan tranzit yollar, tranzit layihələrin Azərbaycan üzərindən keçməsi kimi önəmli faktorlar Azərbaycanı qlobal miqyasda daha önəmli edir. Bu iqtisadi baxımdan Azərbaycana nə qazandırır? Azərbaycana xarici şirkətlər gəlir, dünyanın ən önəmli brendləri artıq buraya maraq göstərməyə başlayırlar və zamanla bu maraq artıq faktiki əməkdaşlıqların da qapısını aça bilər. Eyni zamanda Azərbaycan beynəlxalq siyasətdə də artıq öz mövqelərini gücləndirir və zamanla Azərbaycan artıq Şərq-Qərb maşurutunun, həmçinin şimal-cənub marşrutlarının ən önəmli həlqəsi ola bilər. Bu baxımdan, bu gün Azərbaycan prezidentinin BMT-dəki çıxışları da mənə elə gəlir ki, bunun ilkin dərsləri kimi qiymətləndirilməlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31