Coğrafiyaçılar Qarabağ və Şərqi Zəngəzur ərazilərini tədqiq etdilər

Coğrafiyaçılar Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekspedisiyada olublar.

Bu barədə Teleqraf-a Coğrafiya İnstitundan məlumat verilib.

Bildirilib ki, ekspedisiyada Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov və aparıcı elmi işçisi Elina Kərimova iştirak edib.

Məqsəd Qarabağ və Şərqi Zəngəzur bölgələri landşaftlarının təbii ehtiyat potensialının qiymətləndirilməsi, müasir transformasiya tendensiyalarının və ekogeokimyəvi şəraitinin tədqiqidir. Tədqiqatlar zamanı ərazilərdən 40-dan çox torpaq, bitki və süxur nümunələri götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31