Bu səfərlər ölkədə siyasi dialoqun inkişafına real təsir göstərir- ÖZƏL 

Dünən  Siyasi partiya nümayəndələri, politoloqlar, jurnalistlər və media rəhbərlərinin iştirakı ilə Laçına səfər təşkil olundu. Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən səfər  ölkədə siyasi dialoq və şəffaflığın təşviqinə xidmət kimi  dəyərləndirilir. 
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 

"Artıq neçənci dəfədir ki, Prezident Administrasiyasının Qanunvericilik və Siyasi Partiyalarla İş Şöbəsi işğaldan azad olunmuş rayonlara səfər edir və bu səfərlərdə siyasi partiya nümayəndələri, politoloqlar, media kapitanları, jurnalistlər iştirak edirlər. Bu səfərlər ölkədə siyasi dialoq mühitinin formalaşmasına və inkişafına real təsir göstərir. Bir tərəfdən işğaldan azad olunmuş ərazilərin təbiətini iştirakçılar görürlər, bölgədə yenidənqurma, quruculuq işlərinə şahidlik edirlər və siyasi kimliyindən, ideoloji baxışlarından və partiya mənsubiyyətindən asılı olmayaraq bu qələbə hamımızındır - bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarınındır.
Bu səfərlər çox yaxşı nəticələrlə yadda qalır, uzun müddət müzakirə olunur və eyni zamanda hesab edirəm ki, gələcək qərarların qəbulunda da bu cür səfərlərin təsir imkanları çox mühümdür."
 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31