Mənim üçün dogma ocaq “Olaylar”- OLAYLAR-30
14:34 SiyasətAzər Həsrət
Olaylar mənim üçün sadəcə bir Azərbaycan mediası deyil, həm də doğma ocaqdır.
1997-ci ildə, qısa müddətlik də olsa, jurnalist kimi mənim də yolum bu qurumdan keçib. Buna görə də "Olaylar"a qarşı xüsusi bir münasibətim və sayğım var.
Mən bu qurumu daim izləyir, dəyər verirəm və ən əsası ona görə sayğımı qoruyuram ki, "Olaylar" artıq bir milli brenddir.
Azərbaycan milli kimliyinin, eyni zamanda türk dünyasının informasiya daşıyıcısı, xəbərçisidir. Belə bir media quruluşunun 30 illiyini qeyd etməsi isə məni şəxsən sevindirir.
Bu münasibətlə, başda dəyərli qardaşım Yunus Oğuz olmaqla, "Olaylar" ailəsinin bütün komandasını ürəkdən təbrik edirəm. Onlara yeni-yeni uğurlar və yubileylər arzu edirəm.
Bəli, "Olaylar" bəlkə də başqaları üçün adi bir media qurumu kimi görünə bilər. Amma mənim üçün nəinki peşə yolumun bir hissəsi olduğuna, həm də milli dəyərlər xəttində dayanmasına görə olduqca önəmli və dəyərlidir.