Çinin Cənubi Qafqazdakı etibarlı müttəfiqi- ÖZƏL
4 İyul 2024 15:11 Siyasət"Çinlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalandı və bu, çox mühüm sənəddir. Azərbaycan və Çin bir-birinin ərazi bütövlüyü, dəstəyini ifadə etdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"İki dövlət arasında bir çox sahələe üzrə mühüm strateji razılaşmalar əldə olundu. Görünür ki, bundan sonra Çinin regiondakı əsas müttəfiqi Azərbaycan olacaq. Bu, Azərbaycan üçün böyük iqtisadi potensial deməkdir. Çin hal-hazırda dünya bazarında hökümran olan dövlətlərdən biridir. İqtisadi bazarda əsas dövlətdir. Çinin regionla bağlı çox maraqlı layihələri var. Çin qədimdən bəri Avropanın əsas ticarət tərəfdaşı olub. Hal-hazırda da yenidən Avropa ilə həmin güclü əlaqələri qurmaq üçün Azərbaycanın tranzit yolu çox böyük önəm daşıyır. Çini Azərbaycanla müttəfiq olmağa vadar edən amillər çoxdur. Çin höküməti olduqca ağıllı siyasət apararaq Azərbaycanla strateji müttəfiqlik haqqında qərar verdi. Bu, Azərbaycanın özünün də xeyrinədir. Çin kimi mühüm müttəfiqin qazanılması Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinə və Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsinə səbəb olacaq amildir. Azərbaycan-Çin strateji müttəfiqliyi təkcə dövlətin deyil, həmçinin Mərkəzi Asiya ölkələrinin də inkişafına təkan verəcək məsələdir. Bu məsələdə regional kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd etmək istəyirəm. Zəngəzur dəhlizinin açılması Çinin Avropa ilə iqtisadi əlaqələrinin daha da çiçəklənməsinə və mühüm əlaqələrin inkişafına, Mərkəzi Asiyanın iqtisadi cəhətdən dirçəldilməsinə kömək edən məsələdir. Buna görə də Çin-Azərbaycan strateji tərəfdaşlığı haqqında müqaviləni biz, Avropanın Asiya ilə strateji əlaqələrinin qurulmasını, Mərkəzi Asiya ölkələrinin inkişafının başlanğıcı kimi səciyyələndirə bilərik. Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə Çinin Cənubi Qafqazda etibarlı müttəfiq əldə etməsi kimi baxmaq olar".
Qiymət Mahir