“İnanıram ki, Milli Məclisə seçkilər demokratik şəraitdə baş tutacaq”- ÖZƏL

"Ölkəmizdə COP29-un keçirilməsi üçün  çox böyük hazırlıq işləri görülüb. Məlum olduğu kimi bu mötəbər tədbirə 100-dən artıq dövlət başçısı və dövlət təmsilçisi, eləcə də 70 minə yaxın qonaq qatılacaq. Təbii ki, belə bir şəraitdə ölkədə parlament seçkilərinin keçirilməsi düzgün olmazdı".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib:

"Məlum olduğu kimi parlament seçkiləri böyük bir seçki prosesidir. Bu prosesə böyük hazırlıq getməlidir. Bütün namizədlər üçün demokratik şərait yaradılmalıdır ki, təbliğat mərhələsini yüksək səviyyədə həyata keçirə bilsinlər. Belə bir şəraitdə parlament seçkiləri ilə SOP29 tədbirləri üst-üstə düşür və parlament seçkilərinin ertələnməsinə ehtiyac var idi. Artıq bu proses həyata keçirilməkdədir". 
Onun sözlərinə görə, hətta bəzi müxalifət partiyaları da seçkilərə qatılıblar: "İnanıram ki, Milli Məclisə seçkilər yüksək səviyyədə, demokratik şəraitdə baş tutacaq. Nəticədə yeddinci çağırış Milli Məclis formalaşaraq ölkəmiziqin gələcək inkişafı üçün öz töhfəsini verəcək". 

Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31