ABŞ və Ermənistan yeni AES-in inşasını müzakirə edirlər

ABŞ və Ermənistan yeni atom elektrik stansiyasının (AES) inşasını müzakirə edirlər.

Olaylar xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

Onun sözlərinə görə, hazırda tərəflər hüquqi əsasları müzakirə edirlər.

"Hazırda deyə bilərəm ki, top ABŞ tərəfindədir. ABŞ-də daxili prosedurların tamamlanmasını gözləyirik, bundan sonra işləməyə başlyacağıq", - o deyib.

Qriqoryan həmçinin, Ermənistanın beynəlxalq tərəfdaşlarla iqtisadi münasibətlərini şaxələndirməyə çalışdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31