YAP seçkilərə həmişə hazırlıq vəziyyətində olur- ÖZƏL
3 İyul 2024 10:55 Siyasət"Hakim partiya olaraq Yeni Azərbaycan Partiyası hər bir seçkini seçicisi qarşısında hesabat məsuliyyəti kimi dəyərləndirdiyi üçün bu proseslərə həmişə hazırlıq vəziyyətində olur. Ona görə bu dəfəki seçkilərdə də xüsusi hazırlıq prosesləri həyata keçirilməsinə gərək qalmır".
"Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, professor Əfsun Sucayev deyib:
"Mövcud qanunvericiliyin və Mərkəzi Seçki Komisiyasının müəyyənləşdirdiyi təlimata uyğun şəkildə proseslər ardıcıl şəkildə vaxtında və operativ şəkildə yerinə yetiriləcək əsas məqsədə çatılacaq. Ən əsası bu ilin fevral ayında yaradılan prezident seçki ab-havasını, xüsusən də seçici fəallığını bu dəfə parlament seçkiçisində bərqərar edəcəyik. Bundan ötrü Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi yeddinci çağırış Milli Məclisə hər bir ərazi üzrə seçiciləri tərəfindən birmənalı qəbul edilən nüfuzlu şəxsiyyətlərin namizədliyini irəli sürəcək və onların təbliğat-təşviqat kampaniyasını da yüksək səviyyədə, amma heç bir çətinlik çəkmədən təşkil edəcək".
Alim Hüseynli
Olaylar.az