Naxçıvandakı məntəqələrdə bir sıra problemlər var - Məzahir Pənahov
2 İyul 2024 16:57 SiyasətAzad edilmiş ərazilər, ordakı məntəqələrin bütün tələblərlə təchiz olunması və Naxçıvanı diqqətdə saxlamalıyıq. Məndə olan məlumata görə, Naxçıvanda məntəqələrdə bir sıra problemlər var.
Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, lazım olsa, Naxçıvana nümayəndə göndərərik.
"Yerində məntəqələrdə nə lazımdır sənədləşdirərik. Azad edilmiş ərazilər və Naxçıvan bizim hər zaman diqqət mərkəzimizdədir", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31