Azərbaycanın Tailanddakı səfiri dəyişib - SƏRƏNCAM

Azərbaycanın Tailanddakı səfiri vəzifəsindən geri çağırılıb.

Olaylar xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Elçin Raqub oğlu Bəşirov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31