Azərbaycan kriminal vəziyyətin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir- ÖZƏL
2 İyul 2024 12:36 Siyasət"Azərbaycan polisi hər zaman öz peşəkarlığı ilə seçilmiş, xidməti borcunu layiqincə yerinə yetirmiş, ictimai asayişi və cəmiyyətin təhlükəsizliyini yüksək səviyyədə qorumuşdur. Eyni zamanda dəfələrlə polislərimizin humanist davranışlarına və öz həyatlarını risqə ataraq çətin vəziyyətdə olan vətəndaşlarımızın köməyinə çataraq fədakarlıq göstərməsinə şahidlik etmişik. Azərbaycan polisi təmkinli, səbirli davranışı, vətəndalara xoş münasibəti və şərəli xidməti ilə dünya ölkələrinə əsl polis nümunəsini nümayiş etdirir".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib:
"Daxili işlər orqanlarının gecə-gündüz, yorulmadan fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada kriminal vəziyyətin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir və ölkəmiz sabitlik adasına çevrilmişdir. Ölkəmizdə heç bir mütəşəkkil cinayətkar dəstələrə rast gəlinmir, vətəndaşların həyatına heç bir ciddi təhdidlər qeydə alınmır, törədilən cinayətlərin üstü tez bir zamanda, yüksək peşəkarlıqla açılır. Bu gün hər bir Azərbaycan vətəndaşı sabit ölkəmizdə, təhlükəsiz və rahat şəkildə yaşayır.
Azərbaycan polisi hər zaman dövlətimizin və ölkə başçısı, cənab prеzidеnt İlham Əliyеvin diqqət mərkəzində olmuşdur. Daxili işlər orqanlarının əməkdaşlarının pеşəkarlıq səviyyəsinin, tехniki təhcizatının və sosial rifahını yüksəldilməsi istiqamətində dövlətimiz tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, polis əməkdaşlarının maaşlarının mütəmadi olaraq artırılması, nümunəvi хidməti ilə sеçilənlər əməkdaşların irəli çəkilməsi, mükafatlandırılması, хüsusi rütbələrlə təltif olunması Azərbaycan dövlətinin daxili işlər orqanlarının əməkdaşlarına olan yüksək diqqətinin, qaygısının göstəricisidir".
Alim Hüseynli
Olaylar.az