Beynəlxalq forumda Azərbaycanın təcrübəsi təqdim olunacaq- ÖZƏL

Bəhreyn Krallığında "Kosmos - regionda diplomatiya və iqtisadi inkişaf üçün dönüş nöqtəsi" mövzusunda 6-cı Beynəlxalq Kosmik Forum keçiriləcək. "Olaylar" xəbər verir ki, Forum çərçivəsində "Yerin müşahidəsi: texnologiyadan tətbiqə və xidmətə", "Kosmik Tədqiqatlar: Kainata açılan qapı" və "Kosmik konsepsiyalar və siyasət: təcrübə və ən yaxşı təcrübələrlə mübadilə" mövzularında müzakirələr aparılacaq. Müzakirələrdə Azərbaycanın bu sahədə son illər qazandığı təcrübə və əldə etdiyi uğurlar təqdim olunacaq.

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31