Vaşinqtonda xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur- ÖZƏL
2 İyul 2024 10:48 SiyasətABŞ Azərbaycanı NATO sammitinə dəvət edib.
"Azərbaycan NATO sammitində xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Həmçinin, Vaşinqton Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsini təklif edib".

"Olaylar" xəbər verir ki, bunu deyən MCP Başqan müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, Vaşinqtonda xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur: "Onsuz da Azərbaycan və Ermənistan ikitərəfli danışıqları davam etdirir və növbəti görüş Vaşinqton deyil, Alma-Ata olması daha vacibdir. ABŞ Azərbaycanla Ermənistan arasında açıq vasitəçi olmağa çalışır.
Düzdür, Vaşinqtonun Ermənistana siyasi təzyiqləri fonunda Yerevan bir çox məsələlərdə Azərbaycana güzəştə gedib. Təbii ki, bununla, ABŞ Cənubi Qafqazda real sülhün əldə edilməsi fonunda Rusiyanın regionda zəifləməsinə calışır. ABŞ Azərbaycanla Ermənistan arasında COP 29-a kimi yeni sazişin bağlanması istiqamətində ikitərəfli danışıqlar aparır".
Alim Hüseynli
Olaylar.az